Sebastyan Höness “Ştutqart”la müqaviləsini yenilədi

Bundesliqa təmsilçisi “Ştutqart” komandanın baş məşqçisi, alman mütəxəssis Sebastyan Höness ilə müqavilənin müddətini uzadıb.

Arena.az Almaniya klubunun mətbuat xidmətinə istindən məlumat verir.

Alman mütəxəssisin şvabiyalılarla yeni müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

41 yaşlı Hönes 2023-cü ilin aprelindən bu komandanın sükanı arxasındadır. Sebastyan “Ştutqart”ın və “Bayern”in sabiq futbolçusu Diter Hönesin oğlu və “Bayern”in keçmiş prezidenti Uli Hönesin qardaşı oğludur.

Vurğulayaq ki, Sebastyan Höness “Ştutqart”a uğurla başçılıq edir, gənc mütəxəssisə komandanı dirçəltmək müyəssər olub. Hazırda “Ştutqart” 24 oyundan 50 xalla Bundesliqanın yarış cədvəlində 3-cü pillədə qərarlaşıb.

Sebastyan Hönesin “Ştutqart”ın sükanı arxasında ümumi fəaliyyəti rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 40 oyun, 25 qələbə, 6 heç-heçə, 9 məğlubiyyət. Topların fərqi isə 89:50 nisbətindədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: