Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyinin ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
Əvvəlcə Efiopiya və Mozambik yığmaları üz-üzə gəliblər. Bu oyunda qapılara qol vurulmayıb. Konqo Demokratik Respublikası ilə Uqanda yığmaları arasındakı oyunda da hesab açılmayıb. Fil Dişi Sahili ilə qarşılaşan Seneqal yığması isə tək qolla günün yeganə qalibinə çevrilib.
İlk dəfə Əlcəzairin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
14 yanvar
A qrupu
Efiopiya – Mozambik 0:0
B qrupu
Konqo DR – Uqanda 0:0
Fil Dişi Sahili – Seneqal 0:1
Qol: Ndiaye, 77.


