Slovakiya – Azərbaycan matçının keçiriləcəyi stadion bəlli oldu

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – Azərbaycan matçının stadionu müəyyənləşib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Millimiz qrup mərhələsinin 2-ci turuna təsadüf edəcək Slovakiya seçməsi ilə səfər qarşılaşmasını Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında keçirəcək.

Bu il sentyabrın 8-də baş tutacaq Slovakiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xatırladaq ki, daha əvvəl oktyabrın 14-də təşkil olunacaq 4-cü turdakı Azərbaycan – Slovakiya oyununun Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcəyi açıqlanmışdı.

Azərbaycan millisi UEFA Millətlər Liqasının 2024/2025 mövsümündə C Liqasında mübarizə aparacaq. Komandamızın yer aldığı 1-ci qrupda Slovakiyadan başqa İsveç və Estoniya yığmaları da var. Millimiz UEFA Millətlər Liqasının yeni mövsümündəki ilk matçını da sentyabrın 5-də Bakıda İsveç yığmasına qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: