Stanislav Çerçesov Qazaxıstan yığmasında – Rəsmi

Məşhur rusiyalı mütəxəssis Stanislav Çerçesov futbol üzrə Qazaxıstan yığma komandasının baş məşqçisi təyin edilib.

Arena.az bu barədə Qazaxıstan Futbol Federasiyasına (KFF) istinadən məlumat verir.

Xatırladaq ki, daha əvvəl Çerçesova “2+1” sxemi üzrə müqavilə təklif edildiyi bildirilirdi. 60 yaşlı rusiyalı mütəxəssisin son iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstanın “Ferentsvaroş” klubu olub.

Stanislav Çerçesov bundan əvvəl Rusiya yığmasını çalışdırıb. Rusiyalı mütəxəssis Polşanın “Legiya”, Moskva “Dinamo”su, “Amkar”, “Terek” (indiki “Axmat”), “Soçi Jemçujina” və Moskva “Spartak”ı ilə işləyib.

Xatırladaq ki, Qazaxıstan yığmasına 2022-2024-cü illərdə Maqomed Adiyev rəhbərlik edib. Adiyev Qroznı “Axmat”ına baş məşqçi təyin edilib. Bu üzdən də rusiyalı mütəxəssis Qazaxıstan yığmasından istefa verdiyini açıqlayıb.

Vurğulayaq ki, elə, bu ərəfədə Stanislav Çerçesovun Azərbaycan millisinə baş məşqçi təyin edilə bilcəyi haqda şayiələr baş qaldırmışdı. Rusiyalı mütəxəssis müsahibələrində ölkəmizin futbolunu xoş mənzərə ilə təsvir etmiş, Azərbaycanda idmana dövlət tərəfindən göstərilən qayğı haqda söhbət açmışdı. Amma sonradan Çerçesovun milli komandamıza təyinatı ilə bağlı şayiələr rəsmi təsdiqini tapmamışdı.

Xatırladaq ki, iyunun 11-də Azərbaycan millisi Qazaxstan yığması ilə yoldaşlıq oyunu çərçivəsində gücünü sınayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: