Ştoqrin, Quzzo və Bauer “Kəpəz”lə matçı buraxacaqlar

“Neftçi”nin legionerləri – Andrey Ştoqrin, Rafael Quzzo, və Robert Bauer qarşıdakı “Kəpəz”lə kubok matçında iştirak etməyəcəklər.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Neftçi” futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacağı “Kəpəz”lə cavab matçının hazırlığı yekunlaşıb. Komanda bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Zədələrini sağaldandan sonra hələ tam hazır olmayan Andrey Ştoqrin və Rafael Quzzo “Kəpəz”lə görüşü buraxacaqlar. Səhhətində problem olan Robert Bauer da Gəncə təmsilçisinə qarşı oynamayacaq.

Qeyd edək ki, fevralın 28-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyununa saat 19:30-da start veriləcək. Bu komandalar arasında Tovuzda keçirilmiş ilk oyun paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: