“Sumqayıt” “Ərzurumspor”a 3 qol vursa da, uduzdu

2023/2024 mövsümünə hazırlığı Türkiyədə davam etdirən “Sumqayıt” sabah qardaş ölkədə sonuncu yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, baş məşqçi Samir Abasov yetirmələrini Türkiyə 1-ci Liqasında mübarizə aparan “Ərzurumspor”la oyunda sınaqdan keçirib.

Abasov bu oyunda aşağıdakı heyətə güvənib:

Əsas heyət: Mehdi Cənnətov, Murad Xaçayev, İsa Suliman, Elvin Bədəlov, Rövlan Muradov, Səbuhi Abdullazadə, Vüqar Mustafayev (k), Masaki Murata, Roi Kehat, Erik Sorqa, Kamran Quliyev.
Ehtiyat oyunçular: Orxan Sadıqlı, Murad Ağamalıyev, Stiven Pereyra, Oktavio Manteka, Əjdər Hacılı, Kənan Cavadlı, Nihad Əhmədzadə, Sənan Muradlı, Uğur Cahangirov.

Ərzurum şəhərindəki “Yüksek İrtifa” məşq mərkəzinin stadionunda baş tutan qarşılaşma məhsuldar alınıb. Yeddi qolun qeydə alındığı oyun sumqayıtlıların məğlubiyyəti ilə başa çatıb – 3:4. Azərbaycan təmsilçisinin hər üç qolunun müəllifi yeni transfer Erik Sorqa olub.

Xatırladaq ki, “Ərzurumspor” daha öncə Ərzurumda Azərbaycanın digər təmsilçisi “Səbail”lə də yoxlama oyunu keçirmişdi. Həmin oyunda Bakı klubu 4:3 hesablı qələbəyə sevinmişdi.

İyulun 17-dən Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın Ərzurumdakı hazırlıq prosesi sabah – ayın 27-də başa çatacaq. Samir Abasovun komandası ilk yoxlama oyununda “Sivasspor”a 0:1 hesabıyla məğlub olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: