“Sumqayıt” dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib. Arena.az xəbər verir ki, sözügedən klub son olaraq Kipr “Etnikos”unda çıxış etmiş Araz Abdullayevi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb.
Təcrübəli oyunçu yeni komandasında “78” nömrəli formada çıxış edəcək.
Araz Abdullayev son klubu olan “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi daha öncə Türkiyənin “Boluspor”, Kiprin “Anortosis”, Yunanıstanın “Panionios” klublarında da legioner həyatı yaşayıb. O, ölkəmizdə “Neftçi”, “Qəbələ” və “Qarabağ”ın formasını geyinib. Abdullayev U-17, U-19, U-21 və “A” milli komandamızın şərəfini qoruyub.


