“Sumqayıt” – “Fehervar”: Heyətlər açıqlandı

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Sumqayıt” bu gün Macarıstanın “Fehervar” komandası ilə ilk matçına çıxacaq.

Arena.az xəbər verir ki, turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və Macarıstan təmsilçilərinin ilk görüşü Sumqayıtda baş tutacaq.

Samir Abasovun yetirmələri bu tarixi qarşılaşmada qələbə qazanmaqla cavab matçı öncəsi işini asanlaşdırmağa çalışacaq.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü iyulun 31-də Macarıstanın Sekeşfehervar şəhərində baş tutacaq. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
25 iyul

20:00. “Sumqayıt” – “Fehervar”
Hakimlər: Florian Lata, Culio Mani, Reydi Zaimi, Kresnik Çyapi (hamısı Albaniya).
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 14. Elvin Bədəlov (k), 17. Murad Xaçayev, 3. Slavişa Radoviç, 19. Roi Kehat, 8. Səbuhi Abdullazadə, 11. Fernando Medeyros, 23. Cordan Rezabala, 9. Nikola Vuynoviç, 10. Rəhim Sadıxov.
Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Fehervar: 22. Balaş Tot, 7. Sabolts Şön, 4. Çaba Spandler, 31. Nikola Serafimov, 8. Boqdan Melnik, 99. Milan Peto, 14. Aron Çonqvai (k), 27. Bence Bedi, 20 Tobias Kristensen, 77. Matias Katona, 9. Neyç Qradisar.
Ehtiyat oyunçular: 57. Martin Dala, 75. Daniel Veselinov, 3. Kasper Larsen, 11. Nikolas Stefanelli, 15. Matias Kovaç, 16. Mario Lukas Simut, 18. Bençe Kovaç, 19. Patrik Kovaç, 21. Andras Husti, 30. Gergo Ominger, 74. Bençe Baboş.
Baş məşqçi: Tamaş Peto.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: