2023/2024 mövsümünə hazırlığı Türkiyədə davam etdirən “Sumqayıt” sabah qardaş ölkədə sonuncu yoxlama oyununu keçirəcək.
Arena.az xəbər verir ki, baş məşqçi Samir Abasov yetirmələrini Türkiyə 1-ci Liqasında mübarizə aparan “Ərzurumspor”la oyunda sınaqdan keçirəcək.
Ərzurum şəhərindəki “Yüksek İrtifa” məşq mərkəzinin stadionunda baş tutacaq qarşılaşmaya yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start veriləcək.
Xatırladaq ki, “Ərzurumspor” daha öncə Ərzurumda Azərbaycanın digər təmsilçisi “Səbail”lə də yoxlama oyunu keçirib. Həmin oyunda Bakı klubu 4:3 hesablı qələbəyə sevinib.
İyulun 17-dən Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”ın Ərzurumdakı hazırlıq prosesi ayın 27-nə qədər davam edəcək. Samir Abasovun komandası ilk yoxlama oyununda “Sivasspor”a 0:1 hesabıyla məğlub olub.


