“Sumqayıt” Türkiyədə sonuncu matçını da məğlub başa vurdu

Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” bu gün sonuncu yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv Rumıniya təmsilçisi “Petrolul” ilə qarşılaşıb. “Sumqayıt” bu oyunda 0:2 hesabı ilə məğlub olub.

Beləliklə, “Sumqayıt” 2021/22 mövsümü üçün təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub. Komanda sabah vətənə qayıdacaq.

Xatırladaq ki, “Sumqayıt” Türkiyədə baş tutan əvvəlki sınaq matçlarından da məğlub ayrılmışdı. Abbasovun komandası “Keçiörengücü” ilə “Qaziantep”ə 1:2, “Sivasspor”a isə 0:2 hesabıyla uduzmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: