“Sumqayıt” və Vurğun Hüseynovdan ilk və yubiley

Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə ilk qələbəsini qazanıb. Arena.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi ölkə çempionatının 16-cı turunda “Kəpəz”ə qalib gəlib.

Samir Abasovun yetirmələri səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

Sumqayıtın eyni adlı təmsilçisi sonuncu dəfə 2022-ci il mayın 21-də qalib gəlmişdi. Bu, ötən mövsümün son turuna təsadüf edib. Həmin gün sumqayıtlılar “Səbail”i 5 cavabsız qolla udmuşdular.

197 gündən sonra qazanılan qələbə yubileylərlə də əlamətdar olub. “Sumqayıt” Premyer Liqada 75-ci dəfə qapısını toxunulmaz saxlayıb. Bu görüşlərin 41-i evdə, 34-ü səfərdə keçirilib.

Qələbə qolunun müəllifi olan Vurğun Hüseynov isə Azərbaycan çempionatlarında 10-cu dəfə fərqlənib. Təcrübəli müdafiəçi “Qəbələ”də 4, “Turan”la “Sumqayıt”ın hərəsində 3 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: