Ötən gecə keçirilmiş bir oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, mövsümün açılış oyununda son çempion “Qalatasaray” “Qaziantep”in qonağı olub.
Görüş “sarı-qırmızılar”ın qələbəsiylə başa çatıb – 3:0.
“Qalatasaray”ın qollarını dubl edən Barış Alper Yılmaz və Eren Elmalı vurublar.
Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək. “Fənərbağça” – “Alanyaspor”, “Karagümrük” – “Başakşəhər” və “Kayserispor” – “Beşiktaş” oyunları təxirə salınıb.
Türkiyə, Super Liqa
1-ci tur
8 avqust
Qaziantep – Qalatasaray 0:3
Qollar: B.A.Yılmaz, 12-pen; 45+2-pen. E.Elmalı, 16.
9 avqust
20:00. Samsunspor – Gənclərbirliyi
22:30. Antalyaspor – Kasımpaşa
10 avqust
20:00. Rizəspor – Göztəpə
22:30. Eyüpspor – Konyaspor
11 avqust
22:30. Trabzonspor – Kocaelispor


