Tamaş Peto: “Sumqayıt” üzərində qələbəmizə inanıram”

“Fehervar”ın baş məşqçisi Tamaş Peto Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”a qarşı ilk oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Macarıstan təmsilçisi sabah Sumqayıtda bu şəhərin eyniadlı təmsilçisinin qonağı olacaq.

Azərbaycana gecikmə ilə səfər edən “Fehervar”ın baş məşqçisinin matçdan öncə mətbuat konfransı baş tutmayıb. Əvəzində Tamaş Peto klubun rəsmi saytına açıqlamasında “Sumqayıt”la ilk oyundan gözləntilərini bölüşüb:

“Yaxşı futbol nümayiş etdirib, qələbə qazana bilərik, əsas planımız bundan ibarətdir. “Sumqayıt”ın heyətində bir neçə dəyişiklik olub. Heyətlərini səviyyəli futbolçularla gücləndiriblər. Düşünürəm ki, onların yeni transferləri komandanın gücünə güc qatacaq. İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər. Komandamın “Sumqayıt” üzərində qələbəsinə inanıram”.

“Sumqayıt” – “Fehervar” görüşü sabah – iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: