Teodor Terziev “Araz-Naxçıvan”da

Şimali Makedoniyadan olan futbol mütəxəssisi Teodor Terziev bundan sonra “Araz-Naxçıvan”da fəaliyyət göstərəcək.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Araz-Naxçıvan”ın məşqçilər korpusunda dəyişiklik edilib. Şimali Makedoniyadan olan Teodor Terziev fiziki hazırlıq üzrə məşqçi təyin olunub. 26 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

2022-ci ildən “Rabotniçki” klubunda çalışan Terziev UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına sahibdir. O, paralel olaraq ötən ildən Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da fəaliyyət göstərib.

Xəbəri sosial şəbəkələrdə paylaş: