Tiaqo Silva quru oyun sayında hamını qabaqladı

“Zirə”nin portuqaliyalı qapıçısı Tiaqo Silva Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə rekorda imza atıb.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə yalnız üç qapıçı 10 və daha çox quru oyun keçirib.

Tiaqo bu baxımdan rekordçu olub. Portuqaliyalı qolkiper mövsüm ərzində hamıdan çox quru oyun keçirib. O, meydana çıxdığı 35 matçın 17-də qapısını toxunulmaz saxlayıb.

“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov ikinci olub. Onun hesabında 13 quru oyun var.

İlk “üçlüy”ü Aydın Bayramov qapayıb. O, 10 görüşü qol buraxmadan tərk edib.

Xatırladaq ki, Tiaqo Silva 2023-cü ilin iyul ayından formasını geyindiyi “Zirə”də 41 oyuna çıxıb. O, bu oyunlarda 26 qol buraxıb, 19 matçda qapısının toxunulmazlığını təmin edə bilib.

24 yaşlı qolkiper “Zirə”dən öncə “Leyksoeş”, “Trofense” və “Gimaraynş” kimi klublarda da çıxış edib.