Tofiq Bəhramov stadionunun 75 illiyində 19 qolluq yoldaşlıq matçı

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunun 75 illik yubileyi münasibətilə xüsusi yoldaşlıq qarşılaşması təşkil olunub.

Arena.az xəbər verir ki, yubiley matçında Azərbaycanın “Neftçi” və Litvanın “Spartak” (Vilnüs) komandalarının veteranları üz-üzə gəliblər.

Mərkəzi arenada təşkil edilmiş bu oyunda qapılara bütövlükdə 19 qol vurulub. Qarşılaşma “Neftçi”nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.

Bu matçın keçirilməsi ilə stadionun tarixində xüsusi yer tutan hadisələrdən biri də xatırlanıb. Belə ki, arena 1951-ci ildə istifadəyə verilərkən ilk qarşılaşma məhz “Neftçi” və Vilnüs “Spartak”ı arasında baş tutub.

Beləliklə, 75 il əvvəl stadionun açılışında meydana çıxmış komandaların veteranları yubiley münasibətilə yenidən eyni arenada bir araya gəliblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: