Toral Bayramov “100”ə çatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turu “Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, o, Premyer Liqada 100-cü oyununu keçirib.

23 yaşlı müdafiəçinin yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyinib.

Bütün oyunlarını “Qarabağ”da keçirən Toralın debütü 2019/2020-ci illər mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.

Toral Bayramov “Qarabağ”ın əsas komandasında bütövlükdə 168 oyun keçirib, 24 qol və 32 məhsuldar ötürmə müəllifi olub. Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış yarımmüdafiəçi 2021-ci ildə əsas millimizdə debüt edib. Azərbaycan millisinin heyətində 25 oyuna çıxmış futbolçu bu görüşlərdə 2 qol və 3 assist müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: