Toral Bayramovun qolu Avroliqada həftənin ən yaxşısı seçildi

“Qarabağ”ın futbolçusu Toral Bayramovun Norveçdə “Bodo Qlimt”ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı seçilib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.

Toral Bayramovun dəqiq zərbəsi nəticəsində vurulmuş bu baxımlı qol azarkeşlərin səsverməsindən sonra birinci olub.

Xatırladaq ki, azərbaycanlı futbolçu təmsilçimizin 2:1 hesabı ilə qalib gəldiyi görüşün 22-ci dəqiqəsində hesabı açmışdı.

Liqa mərhələsinin 4-cü turunun ən yaxşı qol müəllifi adına digər namizədlər Almaniyanın “Ayntraxt” (Frankfurt) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi “Ludoqorets”dən Erik Markus və Türkiyənin “Qalatasaray” kollektivindən Yunus Akgün idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: