Azərbaycanlı FİFA referisi Tural Qurbanov futbol üzrə Moldova və Bolqarıstan milli komandaları arasında keçirilmiş yoxlama oyununu idarə edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar ötən gecə Moldovanın Kişinyov şəhərində üz-üzə gəliblər.
Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2. Bolqarlar 23-cü və 76-cı dəqiqələrdə vurduqları qollar sayəsində iki dəfə hesabda önə keçsələr də, hər iki halda meydan sahibləri buna cavab verməyi bacarıblar. Moldovalılar 60-cı və 85-ci dəqiqələrdə fərqləniblər.
Tural Qurbanov 90 dəqiqə ərzində meydan sahiblərinin 3, qonaq komandanın 1 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.
Təcrübəli referiyə bu matçda azərbaycanlı yan xətt hakimləri Akif Əmirəli və Cəmil Quliyev kömək ediblər. Moldovalı Roman Jitari dördüncü hakim kimi fəaliyyət göstərib.


