“Turan Tovuz” daha bir qapıçı transfer etdi

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, əyalət təmsilçisi qapıçı Tərlan Əhmədlini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı qolkiperlə 1 illik müqavilə bağlanıb.

Tərlan Əhmədli ötən mövsümü “Sumqayıt”da keçirib. Elə bu klubun yetirməsi olan futbolçu vaxtilə “Xəzər Bakı”, “Sabah” və “Qəbələ”də də forma geyinib. O, Azərbaycanın U-21 yığmasında da çıxış edib.

“Turan Tovuz” bu gün “Şamaxı”dan ayrılan qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevlə də 1 illik müqavilə imzalandığını açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: