Azərbaycan Premyer Liqasının 33-cü turunun “Turan Tovuz” – “Zirə” matçı meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Tovuzda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
33-cü tur
5 may
“Turan Tovuz” – “Zirə” 1:2
Qollar: Fərid Nəbiyev, 53 – Salifu Suma, 14. Sezar Meza Kolli, 70.
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Sarı vərəqələr: Rəhim Sadıxov, 2 (hakimin qərarına etiraz). Sezar Meza Kolli, 90+5 (qeyri-idman hərəkəti). Tiaqo Silva, 90+6 (qeyri-idman hərəkəti). Anar Nəzirov, 90+7 (qeyri-idman hərəkəti). Stefan Aka, 90+9 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Roderik Miller, 90+9 (təcavüzkar davranış).
Saat 16:30. Tovuz şəhər stadionu, 3000 tamaşaçı.
Baş hakim: Elçin Məsiyev.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov.
Dördüncü hakim: Kamal Umudlu.
VAR: Rauf Allahverdiyev.
AVAR: Nicat İsmayıllı.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k) (9. Belaydi Pusi, 79), 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev (99. Veysəl Rzayev, 79), 2. İsmayıl Zülfüqarlı (88. Faiq Hacıyev, 79), 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu (80. Otto Con, 64), 25. Denis Marandiçi, 11. Ayxan Hüseynov (21. Aleks Souza, 46).
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 8. Fərid Yusifli, 33. Eltun Turabov.
Baş məşqçi: Ayxan Abbasov.
Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov (17. Araz Abdullayev, 89), 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli (21. Hacıağa Hacılı, 74), 16. Fuad Bayramov, 5. Stefan Akka, 4. Ruan Renato, 23. Rafael Utziq, 15. Pyer Zebli, 6. Eldar Quliyev (29. Ceyhun Nuriyev, 59), 19. Salifu Suma (24. Sezar Meza Kolli, 59).
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 66. Pərviz Azadov, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.


