17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi yığmamız AÇ-2025-in 2-ci seçmə mərhələsi çərçivəsində Uelslə qarşılaşıb.
Görüş Albaniyanın Elbasan şəhərində baş tutub. İlk turda Albaniyaya 1:4 hesabı ilə uduzmuş U-17 yığmamız turnirdəki son matçında bir xal qazanıb. Rəqibin penaltini qaçırdığı görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.
Bununla da U-17 millimiz qrup birincisi kimi A Liqasına yüksəlmək üçün nəzəri şanslarını da itirib.
Üç komandanın yer aldığı qrupun martın 25-də keçiriləcək son oyununda Albaniya ilə Uels üz-üzə gələcəklər.
AÇ-2025-in 2-ci seçmə mərhələsi
B Liqası, 6-cı qrup
22 mart
Uels – Azərbaycan – 0:0
“Elbasan Arena”
Uels: 1. Elliot Meredit, 3. Kaven Bloniarçik, 5. Noah Uilyams, 14. Karter Heyvud, 11. Tomas Darden, 16. Uilyam Qraynier, 6. Lennon Moss, 18. Oliver Neuman, 10. Aleksander Marçiniak, 19. Kallum Cons, 9. Loue Bredberi.
Ehtiyat oyunçular: 12. Tomas Rayt, 2. Çarli Strit, 4. Milo Robinson, 7. Aleks Qudfey, 8. Okoli Parfitt, 13. Tayqer Tobin, 15. Oliver Reynolds, 17. Hayden Ollmark, 20. İsaak Ebbott.
Baş məşqçi: Ueyn Hetsuell.
Azərbaycan: 22. Elbrus Kərimov, 3. Murad Qurbanov, 4. Tuncay Əhmədov, 5. Amin Rzayev, 8. Abdulaziz Cabbarlı, 10. Əli Qazibəyov, 16. Tunar Muradov, 18. Həzrət Səmədov, 19. İbrahim Babayev, 20. Əhməd Vəliyev, 9. Tunar Rzayev.
Ehtiyat oyunçular: 12. Məhdi Həsənov, 2. Nadir Nəsibli, 6. Ariz Kərimov, 7. İslam Həsənov, 11. Muhamməd Çodarov, 13. Səttar Tahirzadə, 14. Əli İbrahim, 15. Fərid Cabbarlı, 17. Vüsal Kərimov.
Baş məşqçi: İlham Yadullayev.


