17 yaşadək futbolçulardan ibarət yığmalar (U-17) arasında Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinin püşkü atılıb.
Arena.az xəbər verir ki, püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində baş tutub.
Tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. B Liqasının 6-cı qrupunda yer alan U-17 millimiz Albaniya və Uels yığmaları ilə mübarizə aparacaq. İkinci mərhələnin oyunları 2025-ci ilin mart ayında Albaniyada keçiriləcək.
Xatırladaq ki, millimiz 1-ci seçmə mərhələdə Macarıstana 0:4, Yunanıstana 0:3 hesabı ilə uduzub, Rumıniya ilə heç-heçə edib – 1:1.


