Belarusda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) bu gün ilk yoxlama görüşünü keçirib.
Arena.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi U-17 millimiz Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Belarusun paytaxtı Minsk şəhərində təşkil olunmuş oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında martın 26-da daha bir yoxlama matçı baş tutacaq.


