U-17 millimiz Belarusla iki yoxlama görüşü keçirəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi (U-17) Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoxlama görüşü keçirəcək.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, U-17 millimiz martın 17-dən 19-dək Bakıda hazırlıq keçəcək. Komandamız ayın 20-dən 27-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq. Yığmamız toplanış çərçivəsində martın 23-də və 26-da Belarus milli komandası ilə qarşılaşacaq.

Baş məşqçi İlham Yadullayev toplanış üçün heyətə 21 futbolçu dəvət edib.

  1. Nurəziz Əzizov – Neftçi
  2. Addis İsmayılov – Marset (İspaniya)
  3. Zeyd Nəsirulla – Herta (Zehlendorf, Almaniya)
  4. Atacan Məmmədov – Marset (İspaniya)
  5. Rəşad Gülüşov – Vətən
  6. Uğur Qurbanlı – Qarabağ
  7. Toğrul Mehdizadə – Vətən
  8. Hüseyn Bayramov – Qarabağ
  9. Məhəmməd Mədətov – Vətən
  10. Fərid Cavadlı – Qarabağ
  11. Allahverdi Şirinov – Qəbələ
  12. Musa Mustafayev – Zirə
  13. Nihad Cəfərzadə – Sabah
  14. Nihat Şirinzadə – Vətən
  15. Nihad Hüseynzadə – Sabah
  16. Əli Bəşirov – Qarabağ
  17. İbrahim Xəlilov – Sabah
  18. Samir Şərifov – Vətən
  19. Pünhan Kərimov – Marset (İspaniya)
  20. Nicat Kərimov – Vətən
  21. Riad Qaradağlı – Qarabağ
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: