U-17 millimiz Qəbələdə Qazaxıstan və Gürcüstanla üz-üzə

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) iyunun 1-dən 11-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, U-17 millimizin hazırlıq çərçivəsində iyunun 6-da Qazaxıstan, 10-da isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama görüşü keçirməsi planlaşdırılır.

Milliyə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Nurəziz Əzizov – Neftçi
  2. Rauf Əyyubov – Sabah
  3. Ramal Qəmbərov – Marset
  4. Uğur Qurbanlı – Qarabağ
  5. Toğrul Mehdizadə – Vətən
  6. Zeyd Nəsirulla – Herta (Zehlendorf, Almaniya)
  7. Kamil Həsənov – Marset (İspaniya)
  8. Səttar Tahirzadə – Marset (İspaniya)
  9. Rəşad Gülüşov – Vətən
  10. Atacan Məmmədov – Marset (İspaniya)
  11. İsmayıl Səfərli – Neftçi
  12. Muhamməd Çodarov – Marset (İspaniya)
  13. Onur Əliyev – Qarabağ
  14. Rəsul Balakişiyev – Marset (İspaniya)
  15. Nurlan Mələkov – Neftçi
  16. Nihad Hüseynzadə – Sabah
  17. Eldar Abbasov – Qarabağ
  18. Ramin Abiyev – Neftçi
  19. Adnan Bunyatov – Marset (İspaniya)
  20. İsmayıl Rzayev – Lion
  21. Əli Kiçibəyov – Marset (İspaniya)
  22. Əli Bəşirov – Qarabağ
  23. Orxan Əliyev – Neftçi
  24. Pünhan Kərimov – Marset (İspaniya)
  25. Nicat Kərimov – Vətən
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: