Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün növbəti yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz bu dəfə də Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üzləşib.
Qəbələ şəhər stadionunda baş tutmuş görüşün taleyini bir qol həll edib. U-17 millimiz ikinci yoxlama oyununda da uduzub. Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk görüşdə də Qazaxıstan millisi 5:2 hesablı qələbə qazanmışdı. Azərbaycan millisi həmin oyunda 2 qol vursa da, ardından qapısından 5 top buraxaraq ağır məğlubiyyətə üzülmüşdü.


