Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) bu gün ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
İlk iki qolu U-17 millimizin vurduğu görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 19-cu dəqiqədə Daniil Rəcəbov və 25-ci dəqiqədə Əhəd Hacızadə vurublar.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu iyunun 9-da keçiriləcək.


