U-17 millimiz Tacikistana 2-ci oyunda qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) ikinci yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, U-17 millimiz yenidən Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil edilmiş görüş Aqil Nəbiyevin yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekulaşıb.

Azərbaycan millisinin heyətində qolları 47-ci dəqiqədə Rəsul Balakişiyev, 55-ci dəqiqədə Daniil Rəcəbov və 66-cı dəqiqədə Ruslan Əbilov vurublar.

Xatırladaq ki, komandamız bu rəqibinə qarşı keçirdiyi ilk yoxlama oyununda 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: