U-17 millimizdə Əzizovu Qəmbərov əvəzlədi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) qapıçısı Nurəziz Əzizov yığmanın heyətindən kənarlaşdırılıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, U-17 millimizin heyətində dəyişiklik baş verib. “Neftçi”nin qapıçısı Nurəziz Əzizov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə keçiriləcək oyundan öncəki məşqdə zədələndiyi üçün millinin heyətindən çıxarılıb. Onun əvəzinə “Marset”in (İspaniya) üzvü Ramal Qəmbərov millinin düşərgəsinə qoşulub.

Qeyd edək ki, U-17 millimiz bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Norveç və Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

AÇ-nin seçmə mərhələsi
9-cu qrup
8 oktyabr

Fransa – Azərbaycan
Baş hakim: Marius Hansen Qrotta (Norveç).
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya).
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya).
“Bourret” stadionu, Kapbreton. Saat 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: