Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) heyətində dəyişiklik baş verib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, “Sabah”ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranmış narahatlıq səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Qarabağ”ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.
Qeyd edək ki, iyunun 10-nə qədər Qəbələdə hazırlıq keçəcək U-17 millimiz ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.


