17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Avropa çempionatının seçmə mərhələ oyunlarına hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, 9-cu qrupda yer almış U-17 millimiz Fransada təşkil olunacaq matçlarda meydan sahibləri ilə yanaşı, İsrail və Rumıniya yığmaları ilə qarşılaşacaq.
8 oktyabr
Fransa – Azərbaycan
Baş hakim: Marius Hansen Qrotta (Norveç).
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya).
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya).
“Bourret” stadionu, Kapbreton. Saat 17:00.
11 oktyabr
İsrail – Azərbaycan
Baş hakim: Marius Hansen Qrotta (Norveç).
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa).
Dördüncü hakim: Gillaume Paradis (Fransa).
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00.
14 oktyabr
Azərbaycan – Rumıniya
Baş hakim: Mateo Erceq (Xorvatiya).
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa).
Dördüncü hakim: Gillaume Paradis (Fransa).
“Bourret” stadionu, Kapbreton. Saat 17:00.


