U-17-nin yekun heyəti və təyinatlar açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Avropa çempionatının seçmə mərhələsi yekun heyəti müəyyənləşib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətdə 20 futbolçu saxlanılıb.

Qeyd edək ki, 9-cu qrupda yer almış komandamız oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.

U-17-yə çağırılmış futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

  1. Rauf Əyyubov – Sabah
  2. Nurəziz Əzizov – Neftçi
  3. Kamil Həsənov – Marset (İspaniya)
  4. Kəmaləddin Cəfərli – Qarabağ
  5. Uğur Qurbanlı – Qarabağ
  6. Toğrul Mehdizadə – Sabah
  7. Səttar Tahirzadə – Marset (İspaniya)
  8. Əli Kiçibəyov – Marset (İspaniya)
  9. İsmayıl Rzayev – Şəfa
  10. Amin Rzayev – Qarabağ
  11. Rəşad Gülüşov – Sabah
  12. Nihad Hüseynzadə – Sabah
  13. Nihad Cəfərzadə – Sabah
  14. Abbas Zeynalov – Marset (İspaniya)
  15. Onur Əliyev – Qarabağ
  16. Adnan Bunyatov – Marset (İspaniya)
  17. Əli Bəşirov – Qarabağ
  18. Samir Şərifov – Sabah
  19. Pünhan Kərimov – Marset (İspaniya)
  20. Nicat Kərimov – Sabah

8 oktyabr
Fransa – Azərbaycan
“Bourret” stadionu, Kapbreton. Saat 17:00.
Baş hakim: Marius Hansen Qrotta (Norveç).
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya).
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya).

11 oktyabr
İsrail – Azərbaycan
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00.
Baş hakim: Marius Hansen Qrotta (Norveç).
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa).
Dördüncü hakim: Gillaume Paradis (Fransa).

14 oktyabr
Azərbaycan – Rumıniya
“Bourret” stadionu, Kapbreton. Saat 17:00.
Baş hakim: Mateo Erceq (Xorvatiya).
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa).
Dördüncü hakim: Gillaume Paradis (Fransa).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: