19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi (U-19) AFFA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirdə ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunmuş yarışa ötən gün start verilib.
Azərbaycan millisi startda Belarus yığması ilə qarşılaşıb. Futzalçılarımız bu oyunda 1:3 hesabı ilə uduzub. U-19 millimizin yeganə qolunu Mirzə Əmirov vurub.
Yığmamız turnirdəki növbəti oyununu noyabrın 28-də Mərakeşə qarşı keçirəcək.


