19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
Arena.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığmamız bu gün Estoniya ilə qarşılaşıb.
İlk turda İsveçrədən 8 cavabsız qol buraxan millimiz bu dəfə də meydandan xalsız ayrılıb. Həbib Ağayevin yetirmələri bu matçda da darmadağına üzülüblər – 0:3.
Qeyd edək ki, qrupun digər görüşündə Kipr və İsveçrə qarşılaşıb. Sonuncular 3:0 hesabı ilə qalib gəliblər.
U-19 millimiz qrupda sonuncu oyununu dekabrın 2-də Kipr yığmasına qarşı keçirəcək.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 5-ci qrup
29 noyabr
Estoniya – Azərbaycan 3:0
Qollar: Annamari Tamm, 11. Anjelika Yotkina, 63. Karmen Vapper, 90+1.
Baş hakim: İfeoma Kulmala (Finlandiya).
“Kouklia Community” stadionu.
Xallar: İsveçrə – 6. Estoniya – 6. Kipr – 0. Azəraycan – 0.