19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) oktyabrın 14-dən 17-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Millimiz oktyabrın 18-dən 24-dək də Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışı keçəcək. U-19 hazırlıq zamanı oktyabrın 20-də və 23-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki beynəlxalq yoxlama oyunu da keçirəcək.
Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:
- Mehriban Şahməmmədova – Neftçi
- Güləsər İsmayılova – Gömrükçü
- Aydan Əkbərova – Baku Juniors
- Aysel Ziyadova – Qəbələ
- Ülviyyə İslamova – İnter Xaçmaz
- Pərişan Abdullayeva – Baku Junior
- Səma Həsənli – Qəbələ
- Vahidə Əlipaşayeva – Baku Juniors
- Fatimə Əhmədova – Baku Juniors
- Aydan Həsənova – Neftçi
- Məsumə Nəzərli – Neftçi
- Röya Əliyeva – Baku Juniors
- Mədinə Curuqova – Sabah
- Şəkər Piriyeva – Vere (Gürcüstan)
- Aysu Murtuzayeva – Neftçi
- Aysel Cumayeva – Balxurma
- Lalə Abbaszadə – Neftçi
- Sevda Heydərli – Sabah
- Günel Muradova – Qəbələ


