19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının əsas mərhələsində bu gün növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Türkiyə yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Xorvatiyanın Omiş şəhərindəki “Ribnyak” İdman Sarayında baş tutub. Gərgin keçən oyunda qələbəni rəqib bayram edib. 3 oyundan 7 xal toplamış Türkiyə futzalçıları qrupun son görüşünün nəticəsindən asılı olmayaraq, bu ilin sentyabrında Moldovanın paytaxtı Kişinyovda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar.
Xatırladaq ki, 7-ci qrupda yer almış U-19 millimiz ilk turda Bosniya və Herseqovina yığması ilə qarşılaşmış və 2:10 hesabıyla məğlub olmuşdu. Komandamız qrupdakı ikinci matçını meydan sahibi Xorvatiya yığmasına qarşı keçirmişdi – 3:3.
Cari qitə birinciliyinə ilkin mərhələdən start verən U-19 millimiz qrup qalibi kimi əsas mərhələyə yüksəlmişdi.
AÇ-2025-in əsas seçmə mərhələsi
7-ci qrup, 3-cü tur
29 mart
Azərbaycan – Türkiyə 1:3
Qollar: Elgün Sadıqlı, 33:20 – Ahmet Köksal, 11:06. Ege Bilim, 17:58. Recep İnanç, 29:10.
Hakimlər: Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya).
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya).
Hakim-isnpektor: Victor van Helvoirt (Niderland).
UEFA nümayəndəsi: Fabrisio Di Feliçe (İtaliya).
“Ribnyak” İdman Arenası. Saat 19:00.
Azərbaycan: 12. Əli Həsənzadə, 5. Rəvan Məşiyev, 6. Oqtay Mahmudzadə, 7. Ədalət Ələkbərov, 9. Pünhan Qasımzadə (k), 10. Nazim Hüseynov, 2. Elgün Sadıqlı, 8. Hüseyn Cəfərzadə, 11. Bəyoğlan Vəlizadə, 13. Fariz Hüseynov, 14. Rəvan Quliyev.
Baş məşqçi: İlqar Aslanov.
Türkiyə: 1. Ferhad Çiçək, 7. Burhan Tuzun, 8. Emin Doğan, 10. Ensar Bugra, 11. Ege Bilim (k), 12. Ozan Gündüz, 2. Muhammed Kadıoğlu, 4. Talha Mersinlioğlu, 5. Ahmet Köksal, 6. Recep İnanç, 9. Eren Bayar.
Baş məşqçi: Murat Kaya.


