19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının əsas mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Arena.az xəbər verir ki, İlqar Aslanovun rəhbərlik etdiyi kollektiv Türkiyə yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Xorvatiyanın Omiş şəhərindəki “Ribnyak” İdman Sarayında baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.
Matçı Liviu Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya) və Liviu Dumitru Çitadan (Rumıniya) ibarət hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, 7-ci qrupda yer almış U-19 millimiz ilk turda Bosniya və Herseqovina yığması ilə qarşılaşıb və 2:10 hesabıyla məğlub olub. Komandamız qrupdakı ikinci matçını meydan sahibi Xorvatiya yığmasına qarşı keçirib. Bu görüşdə isə qalib müəyyənləşməyib – 3:3.
AÇ-2025-in əsas seçmə mərhələsi
7-ci qrup, 3-cü tur
29 mart
Azərbaycan – Türkiyə
Hakimlər: Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya).
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya).
Hakim-isnpektor: Victor van Helvoirt (Niderland).
UEFA nümayəndəsi: Fabrisio Di Feliçe (İtaliya).
“Ribnyak” İdman Arenası. Saat 19:00.


