U-19 millimizin oyunu təxirə salındı – Səbəb

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyun təxirə salınıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, U-19 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Şimali Makedoniya yığması ilə qarşılaşmalı idi. Lakin B Liqasının 5-ci qrupunun 2-ci turunun oyunu Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib. Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan milli komandası bu qrupdakı ilk oyununda Sloveniya yığması ilə qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu. Qrupdakı sonuncu oyunumuz isə dekabrın 1-də Gürcüstan yığmasına qarşı olacaq.

15:00. Şimali Makedoniya – Azərbaycan
Baş hakim: Yurqita Maçikunitye (Litva).
Baş hakimin köməkçiləri: İrina Pozdeyeva (Litva), Edyena Kapciu (Albaniya).
Dördüncü hakim: Yoanna Vassallo (Malta)
“Mladost” stadionu, Strumitsa.

Xəbəri sosial şəbəkələrdə paylaş: