19 yaşadək futzalçılardan ibarət (U-19) Azərbaycan millisinin Bakıda təşkil olunacaq beynəlxalq turnir üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, U-19 millimiz AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.
Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov bu turnir üçün 17 futzalçıya dəvət göndərib. Onlardan 4-ü qapıçıdır:
Qapıçılar: Hüseyn Əbdülov, Sadiq Əlizadə, Azər Fərmanov, Hüseyn Hüseynov;
Oyunçular: Sunay Həsənov, Qüdrət Qasımzadə, Daniil Bekniyev, Mirzə Əmirov, Oqtay Mahmudzadə, İlham Alıyev, Hüseyn Cəfərzadə, Pünhan Qasımzadə, Rüfət Məmmədli, Bəyoğlan Vəlizadə, Fərid Abbasov, Nüsrət Fərzəli, Xəzər Ağalızadə.
Qeyd edək ki, turnir çərçivəsində Azərbaycan millisi noyabrın 26-da Belarus, 2 gün sonra isə Mərakeşdən olan həmyaşıdları ilə qarşılaşacaq. Oyunlar Bakı İdman Sarayında keçiriləcək və saat 17:00-da başlayacaqlar.


