UEFA 2024/2025 mövsümündə avrokuboklarda (Avropa Liqası və Konfrans Liqası) çıxış edən Azərbaycan klublarına ödəniş edib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, ödənişlər “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Avropa Konfrans Liqasındakı çıxışa görə edilib.
“Zirə” 349 600, “Sabah” 174 600 avro əldə edib. “Sumqayıt”a isə tam ödəniş olaraq 524 600 avro ayrılıb.
UEFA tərəfindən ayrılmış ödənişlər artıq AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.


