UEFA Cud Bellingemi şərti olaraq 1 oyunluq cəzalandırdı

İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellingem nalayiq davranışına görə UEFA tərəfindən cərimələnib və cəzalandırılıb.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Bellingem İngiltərə millisinin Slovakiya yığması ilə AÇ-2024-ün 1/8 final oyununda (2:1) nümayiş etdirdiyi nalayiq hərəkətinə görə 30 min avro məbləğində cərimələnib. O, həm də 1 oyunluq diskvalifikasiya edilib. Lakin ingilis futbolçuya oyun cəzası şərti xüsusiyyət daşıyır və sınaq müddətini ehtiva edir. Bu, müvafiq qərarın verildiyi gündən etibarən 1 illik müddəti əhatə edir.

Xatırladaq ki, Bellingem Slovakiya yığması ilə oyunda, əsas vaxta əlavə edilmiş təzminat müddətində – 90+5-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Bu qoldan sonra o, tribunalara baxa-baxa azarkeşlər önündən keçərək, əlini əvvəlcə ağzına apararaq yaşlayıb, sonra paçasına sallayıb və “31” çəkirmiş – masturbasiya edirmiş kimi yelləyib. Bu biədəb əməlindən sonra Bellingem rəqibə hörmətsizlikdə ittiham edilib. Öz növbəsində Cud bu davranışının rəqibə qarşı qəsdən yönəlmiş hərəkət olmadığını və ümumiyyətlə Slovakiya yığmasına qarşı heç bir qərəzli niyyət daşımadığını vurğulayıb.

Vurğulayaq ki, daha əvvəl UEFA-nın Bellingemi 1 oyunluq cəzalandıracağı və bunun AÇ-2024 çərçivəsində baş tutacağı təxmin edilirdi.

Maraqlıdır ki, daha əvvəl UEFA intizam işi açaraq, Türkiyə millisinin mərkəz müdafiəçisi Merih Demiralı 2 oyunluq cəzalandırıb. Türkiyəli futbolçu isə sadəcə, Avstriya yığması ilə oyunda vurduğu qollardan birini “boz qurd” işarəsi tutmaqla bayram etdiyi üçün belə ağır cəzaya layiq görülüb. Bu üzdən də qitənin ali futbol qurumunun mövqeyinin şəffaf olmadığı aşkar sezilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: