Ukrayna çempionatı başladı, Nağıyevlə Mustafayev…

Futbol üzrə Ukrayna Premyer Liqasında 2023/2024 mövsümünə start verilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da yeni mövsümdə ilk matçlarını keçiriblər.

Mustafayevin bu yay transfer olunduğu “Polesye” elitadakı ilk matçında “Veres-Rivne” ilə qarşılaşıb. Səfərdə baş tutan bu oyun futbolçumuzun komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Nağıyevin formasını geyindiyi “Obolon” isə ilk turda “Kolos”la üz-üzə gəlib. Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan 1 xalla ayrılıb – 0:0. Dmitri də bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.

“Obolon” Ukrayna Premyer Liqasının 2-ci turu çərçivəsində avqustun 5-də Kiyev “Dinamo”sunu qəbul edəcək. “Polesye” isə bir gün sonra səfərdə “Dnepr-1” ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: