Ukrayna Kuboku: Emil məhsuldar ötürmə etdi, Dmitri…

Futbol üzrə Ukrayna Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin oyunları keçirilib.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.

Mustafayevin formasını geyindiyi “Polesye” “Aqrobiznes”lə qarşılaşıb. Səfərdə baş tutan Voloçisk təmsilçisi ilə oyun futbolçumuzun komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emil də bu görüşün iştirakçısı olub. O, bu matçın ikinsi hissəsində – 46-cı dəqiqədə meydana çıxıb və sonadək oynayıb. Komandasının 82-ci dəqiqədə vurduğu ikinci qolun məhsuldar ötürməsini də Emil verib. O, 76-cı dəqiqədə də sarı vərəqə ilə cəzalanıb.

Nağıyevin formasını geyindiyi “Obolon” isə bu mərhələdə “Zvyagel” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 1:0. Dmitri bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: