Ukrayna Premyer Liqası: Dmitri 10 dəqiqə oynadı, Emil…

Futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.

Mustafayevin formasını geyindiyi “Polesye” elitadakı beşinci matçında “Aleksandriya” ilə qarşılaşıb. Səfərdə baş tutan bu oyun futbolçumuzun komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emil bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda qalıb.

Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda “Krivbas”la üz-üzə gəlib. Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Dmitri bu oyunun 80-ci dəqiqəsində meydana butaxılıb.

5 turdan sonra “Polesye” 9 xalla 16 iştirakçı arasında 3-cü, “Obolon” isə 5 xalla 12-cidir.

“Polesye” Ukrayna Premyer Liqasının 6-cı turu çərçivəsində sentyabrın 2-də məhz “Obolon”la üz-üzə gələcək. Qarşılaşma “Polesye”nin meydanında baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: