Bu gün futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 9-cu turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” səfərdə “Kolos”la qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 xalla ayrılıblar – 0:0. Emil bu görüşün sonunadək ehtiyatda qalıb.
Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda “Minay”la üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 1:0. Dmitri bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
9 turdan sonra “Polesye” 16 xalla 16 iştirakçı arasında 4-cü, “Obolon” isə 9 xalla 10-cu pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasının 10-cu turu çərçivəsində oktyabrın 8-də evdə “Metallist”lə üz-üzə gələcək. “Polesye” isə ayın 6-da Kiyev “Dinamo”sunu qəbul edəcək.


