Ukrayna Premyer Liqası: Dmitri oynadı, Emil…

Bu gün futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 10-cu turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.

Mustafayevin formasını geyindiyi “Polesye” doğma meydanda Kiyev “Dinamo”su ilə qarşılaşıb və 3:2 hesablı qələbəyə sevinib. Emil bu görüşün sonunadək ehtiyatda qalıb.

Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda “Metallist 1925” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 1:0. Dmitri bu oyunun 90-cı dəqiqəsində meydana buraxılıb.

10 turdan sonra “Polesye” 19 xalla 16 iştirakçı arasında 2-ci, “Obolon” isə 12 xalla 10-cu pillədə qərarlaşıb.

“Obolon” Ukrayna Premyer Liqasının 10-cu turu çərçivəsində oktyabrın 20-də evdə “Zarya” ilə üz-üzə gələcək. “Polesye” isə ayın 22-də “Vorskla”nın qonağı olacaq.