Futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” elitadakı yeddinci matçında Odessa “Çernomorets”i ilə qarşılaşıb. Səfərdə baş tutan bu oyun futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Emil bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda qalıb.
Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda Donetsk “Şaxtyor”u ilə üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Dmitri bu oyunun 89-cu dəqiqəsində meydana butaxılıb.
7 turdan sonra “Polesye” 12 xalla 16 iştirakçı arasında 3-cü, “Obolon” isə 5 xalla 11-cidir.
“Obolon” Ukrayna Premyer Liqasının 8-cı turu çərçivəsində sentyabrın 22-də doğma meydanda “Veres-Rivne” ilə üz-üzə gələcək. “Polesye” isə ayın 23-də “Minay”ı qəbul edəcək.


