Ukrayna Premyer Liqası: Emil oynamadı, Dmitri…

Futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 2-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.

Mustafayevin bu yay transfer olunduğu “Polesye” elitadakı ikinci matçında “Dnepr-1” ilə qarşılaşıb. Səfərdə baş tutan bu oyun futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Emil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda Kiyev “Dinamo”su ilə üz-üzə gəlib. Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan xalsız ayrılıb – 2:4. Dmitri bu oyunun 84-cü dəqiqəsində meydana buraxılıb. Bununla da o, yeni komandasında rəsmən debüt edib.

“Obolon” Ukrayna Premyer Liqasının 3-cü turu çərçivəsində avqustun 12-də Odessa “Çernomorets”inin qonağı olacaq. “Polesye” isə həmin gün Lvov “Rux”unu qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: