Bu gün futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” doğma meydanda “Krivbas”la qarşılaşıb və 1:1 hesablı heç-heçəyə razılaşıb. Emil bu görüşdə sonadək ehtiyatda qalıb.
Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda “Rux”la (Lvov) ilə üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan məhsuldar heç-heçə ilə ayrılıb – 2:2. Dmitri də bu dəfə sonadək ehtiyatda qalıb.
13 turdan sonra “Polesye” 26 xalla 16 iştirakçı arasında 3-cü, “Obolon” isə 13 xalla 12-ci pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasının 14-cü turu çərçivəsində noyabrın 11-də evdə “Vorskla” (Poltava) ilə üz-üzə gələcək. “Polesye” isə həmin gün “Metallist”i qəbul edəcək.


